Nazir Məcnun Məmmədov İtaliyanın kənd təsərrüfatı
naziri və İtaliya Ticarət Agentliyinin prezidenti ilə görüşüb
Özbəkistanda
səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov İtaliya
Respublikasının kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri
cənab Françesko Lollobrigida və İtaliya Ticarət Agentliyinin prezidenti
(ITA) Matteo Zoppas ilə görüşüb.
Görüşlərdə
aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, kənd təsərrüfatı və qida məhsullarının
ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi,
hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının
iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat
və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən şərabçılıq,
heyvandarlıq və südçülük sahələrində əlaqələrin gücləndirilməsi və təcrübə
mübadiləsinin genişləndirilməsi müzakirə olunub.
Tərəflər
iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin
daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət
dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüş
çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki
“Aqrar Tədarük və Təchizat” ASC (ATT) ilə İtaliyanın əsas fermer təşkilatı olan
“Coldiretti”, eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən“Filiera
Italia” Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb. Anlaşma
Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.
Sənədə əsasən, tərəflər kənd təsərrüfatı və aqrar sənaye sektorunda məhsuldar,
dayanıqlı və ixracyönümlü kənd təsərrüfatı iqtisadiyyatının qurulması sahəsində
əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.