Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Səfər çərçivəsində Çinin kənd təsərrüfatı və kənd
işləri naziri Can Cu ilə görüş nəzərdə tutulub.
Bundan başqa, nümayəndə heyəti Çin Kənd Təsərrüfatı
Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri
Akademiyasına, eləcə də kənd təsərrüfatı sahəsində yüksək texnologiya şirkətlərinə
də baş çəkəcək.