Tədbirdə
“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi iştirak edib. Çıxışlarda layihənin
kənd qadınlarının təsərrüfatlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə
və əlavə gəlir əldə etmələrinə verdiyi töhfələr vurğulanıb. Həmçinin müxtəlif
rayonlardan gələn qadın qrupları öz məhsullarını, milli folklor nümunələrini və
yeməklərini təqdim ediblər.
Qeyd edək ki, “Aqrar Tədarük
və Təchizat” ASC tərəfindən həyata keçirilən “AFAQ” layihəsi çərçivəsində
ŞAMAMA Qadın Qrupuna cücə-inkubator avadanlığı ilə dəstək göstərilib.