Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın
27-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında İmişli, Beyləqan, Saatlı
və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini
dinləyib, ərizə və şikayətlərinə baxıb.