Milli Mətbuat Günü münasibətilə Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən
2–3 iyul tarixlərində media nümayəndələri üçün mediatur təşkil olunub.
Səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin
fəaliyyəti, aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar, dövlət dəstəyi ilə
həyata keçirilən layihələr və yerli istehsal barədə ictimaiyyətin məlumatlandırılması
olub.
Mediatur çərçivəsində iştirakçılar Lənkəran rayonunda
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”,
“Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək görülən işlərlə
tanış olub, fermerlərlə görüşüblər.
İki gün davam edən səfər zamanı media nümayəndələri
regionun aqrar potensialı ilə yaxından tanış olaraq, yerli təsərrüfatlar,
onların istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə
ediblər.
Mediatur kənd təsərrüfatı sahəsində görülən işlərin
mediada daha geniş işıqlandırılmasına, kəndlə şəhər arasında informasiya
körpüsünün möhkəmləndirilməsinə və medianın aqrar sahənin inkişafındakı rolunun
gücləndirilməsinə xidmət edir.