Kənd
təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi
Viorel Gutu ilə görüşüb.
Görüş
zamanı ölkəmizdə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin
daha da möhkəmləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına yeni dəstək
mexanizmləri, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Görüşdə
FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti
vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər FAO-Azərbaycan
Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə
toxunub, həyata keçirilən layihələrin ölkəmizin aqrar sektorunun inkişafına
mühüm töhfə verəcəyini vurğulayıblar.