Avqust
ayının 1-dən etibarən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını
satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq
dövlət satınalan təşkilatların 2027-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq
məhsullarına dair təkliflərini yerləşdirə biləcəklər.
Elektron
portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar,
fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən ASAN İmza vasitəsilə
daxil ola biləcəklər.
Qeyd
edək ki, ASAN İmza yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.
Bundan
əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün “Aqrar Tədarük və Təchizat”
ASC tərəfindən portala daxil edilən elana uyğun olaraq məhsullara dair təkliflərini
cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında sistemə yükləyə biləcəklər.
Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar
və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi
tamamilə ödənişsizdir.
Qeyd
edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri
hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri)
ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən
platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş
qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin
operativ həllini təmin edir.