Xəbərlər
Bakıda 26-cı bal yarmarkası keçiriləcək
27 / 10 / 2026
20
noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində
fəaliyyət
göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar
Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi
Respublika Sərgi-Satış
Yarmarkası baş tutacaq. Bayraq meydanı ərazisindəki avtomobil dayanacağında təşkil
olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçən, Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə
təsərrüfatlarını
bəyan
etmiş 274 arıçı fermer iştirak edəcək.
Arıçılıq məhsullarının qəbulu
4-15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin ( AQTA) əməkdaşları tərəfindən yerində götürüləcək və
analiz ediləcək. Onu da bildirək ki, Bal Yarmarkasında yalnız keyfiyyət
standartlarına cavab verən məhsullar satışa buraxılacaq.
Yarmarkada iştirak haqqı ödənişsizdir və hər bir arıçı yarmarkada
maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara
biləcək.Arıçılar satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə
təmin olunacaqlar.