Новости

Bakıda 26-cı bal yarmarkası keçiriləcək

27 / 10 / 2026

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası  baş tutacaq. Bayraq meydanı ərazisindəki  avtomobil dayanacağında təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçən, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş 274 arıçı fermer iştirak edəcək. 

 Arıçılıq məhsullarının qəbulu 4-15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) əməkdaşları tərəfindən yerində götürüləcək və analiz ediləcək. Onu da bildirək ki, Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.

 Yarmarkada iştirak haqqı ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə)  və 30 ədəd arı şanı satışa çıxara biləcək.Arıçılar satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.